30-40 baş xəstə heyvan qalıb

14 Oktyabr 2013 16:30 (UTC+04:00)

Respublika üzrə bunyavirus ailəsinə məxsus şamonda, akabena, aina viruslarının qarışığından yaranan şmallenberq virus xəstəliyinə yoluxmuş 30-40 baş xəstə heyvan qalıb. Bunu Movqe.az-a çıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib: "Havalar soyuduqdan sonra xəstəliyə yoluxma halı tam dayanacaq. Əvvəl bu xəstəlik 42 rayonda müşahidə olunurdu. İndi 2-3 rayonda problem var".