Bakı sakini qumbara satarkən tutulub

15 Oktyabr 2013 13:20 (UTC+04:00)

Bakı şəhər sakinindən qumbara götürülüb.


Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Malik Sergey Viktoroviç 3 ədəd qumbara və 2 ədəd alışdırıcını satarkən tutulub.

 

Onun evinə baxış zamanı daha 2 ədəd qumbara və 2 ədəd alışdırıcı da aşkar edilərək götürülüb.