Azərbaycan DİN Bakıda Azərbaycan-Rusiya arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib

15 Oktyabr 2013 19:40 (UTC+04:00)

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Bakıda Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.


DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bu gün "Bayıl Arena"da keçiriləcək Azərbaycan-Rusiya futbol matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə  uymamağı tövsiyə edib.

 

E.Zahidov həmçinin bildirib ki, bu gün keçiriləcək futbol oyununda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.