Azərbaycanın ən tanınmış modelləri bu dəfə villada toplaşdı- Fotolar- Eksklüziv

16 Oktyabr 2013 00:02 (UTC+04:00)

Oktyabr ayının ilk həftəsində ən məşhur modellərimiz Bakıdan kənarda olan villalardan birində bir araya toplandı. Son zamanlar Azərbaycanda bir çox serialların, reklam çəklişlərinin və bədii filmlərin sürətli çəkilişlərinin başlanması ilə əlaqədar olaraq yeni modellərə tələbat artıb. Bununla əlaqədar olaraq "High Life" Fashion & Model Academy"-nin təşəbbüsü ilə təşkil olunan "Yüksək həyat new face 2013" layihəsi baş tutub.

"High Life" Fashion & Model Academy- nin baş direktoru təşkilatçı Aqil Məmiyevin Mövqe.az-a açıqlamasına görə tədbir şəhərdən bir qədər kənarda villaların birində baş tutub:" Tədbirdə "High Life Fashion Model Academy" şirkətinin prezidenti, Fransada təhsil almış azərbaycanlı tanınmış modelyer Mübariz Allahverdizadə, tanınan vizajist Nara Məmmədova, "Azəri Topmodel "müsabiqəsinin qalibi Ləman Əlizadə, "Miss Azerbaijan" model müsabiqəsinin iştirakçısı Oksana Rzayeva, "Miss Civilization" model müsabiqəsinin istirakçılari Sofiya Şeyx və Anastasiya Bern, Araz Xudaverdiyev, Süleyman Tənahirli, Eldar Qulamov və b. iştirak edib.

Tanınmış təşkilatçı A. Məmiyev layihəni hansı məqsədlə təşkil etdiklərini də aşıqladı: " Layihəni təşkil etməkdə məqsədimiz kino, serial, klip və reklam çəkilişləri üçün güclü aktyor və model kollektivini bir araya cəlb etmək və yeni simaları ictimaiyyətə tanıtmaqdır. Azərbaycanın ən tanınan modelləri ilə yanaşı model olmaq istəyən gənclər və şirkətimizdə təhsil alan tələbələrdə istirak etdi.

Məlumat üçün qeyd edək ki, layihənin seçilmiş şəkilləri Azərbaycanın ilk Fashion (moda) dərgisi olan "Moda plus " jurnalında və dünyaca məşhur "Cosmopoliton"da da yerləşdiriləcək. Mövqe.az sizə həmin fotolardan bəzilərini sizə təqdim edir: