Orxan Zeynalov Yeqor Şerbakovu öldürdüyünü etiraf etdi

16 Oktyabr 2013 11:20 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskva şəhərində 24 yaşlı Yeqor Şerbakovun qətlində şübhəli bilinərək həbs olunan azərbaycanlı Orxan Zeynalov günahını etiraf edib. Movqe.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Rusiya daxili işlər naziri Vladimir Kolokolsevin bilavasitə iştirakı ilə keçirilən qeyri-rəsmi istintaqda ilk ifadəsini verib. Son məlumata görə, O.Zeynalov DİN-nin təcridxanasında, 1 saylı xüsusi kamerada saxlanılır. Sabah onun məhkəmə qarşısına çıxarılması gözlənilir və müstəntiqlər onun ağır cəzaya məhkum olunmasını tələb edəcəklər. Bir neçə saat bundan əvvəl isə nazirliyin baş idarəsində nazir Kolokolsevin rəhbərliyi ilə təcili müşavirə keçirilib. müşavirənin təfərrüatları ilə bağlı heç bir məlumat verilmir.