Elza Seyidcahan qəzəbləndi: “O, qoyun şəklini mənim adımdan paylaşanlar şərəfsizdirlər!”

17 Oktyabr 2013 12:22 (UTC+04:00)
Facebook sosial şəbəkəsində Elza Seyidcahanın adından paylaşılan qoyun şəkili hamının təəccübünə səbəb olub. Ancaq bu şəklin əməkdar artist Elza Seyidcahana heç bir dəxli olmadığı ortaya çıxıb. Əməkdar artist Elza Seyidcahan  bundan çox əsəbləşərək Mövqe.az açıqlama verib: " Şərəfsizlər, ləyaqətsizlər ən müqəddəs bayramımız ərəfəsində belə bir günah ediblər. Mən müsəlman bir xanım olaraq heç vaxt o şeyi özümə yaraşdırmaram. Mən heç vaxt Allahın yaratdığı heyvanı o, günə salamaram. Bu mənə qarşı təxribatdır, düşmənçilikdir. Bu qeyri-adilik yox, sadəcə şərəfsizlikdir, ayıbdır. Mən heç vaxt belə şey etmərəm. O, şəkilə baxanda elə bil məcidin qapısına iti bağlayıblar. Olmaz elə şey etmək. Bu məsələni dünən oğlum mənə deyəndə çox pis oldum. Facebookdada bunu paylaşanlar kimdir axı? Onlara kim haqq verib ki, mənim adımdan belə istifadə etsinlər?! Dünən mən millət vəkilimiz Qənirə Paşayeva ilə rayonlarda olmuşam. Bu məsələ belə qalmayacaq".

Qeyd edək ki, dünən facebook sosial şəbəkəsində bəzədilmiş bir qoyun şəklinin Elza Seyidcahana aid olduğu bildirilib. Mövqe.az facebook-a istinadən həmin şəkli sizə təqdim edir: