Həcc ziyarətində olan azərbaycanlı zəvvarların geri dönmə vaxtı açıqlanıb

17 Oktyabr 2013 13:30 (UTC+04:00)

Həcc ziyarətinə yollanmış azərbaycanlı zəvvarların ziyarətdən geri dönmə vaxtı açıqlanıb.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova APA-ya açıqlamasında bildirib ki, oktyabrın 22-də ilk zəvvar qrupu Azərbaycana dönəcək. Bunun ardınca zəvvarların geri dönüşü hər gün olmaqla oktyabrın 29-a kimi davam edəcək.

 

Hazırda Məkkədə zəvvarları müşahidə edən Həcc missiyasının üzvü, QMİ-nin beynəlxalq şöbəsinin əməkdaşı Bəxtiyar Nəcəfov isə APA-ya bildirib ki, bu gündən etibarən zəvvarlar artıq son ayinləri bitirərək Mina dağından Məkkəyə enməyə başlayırlar.

 

Qeyd edək ki, 3700 azərbaycanlı zəvvar Həcc ziyarətinə yollanıb.