Suriyanın kimyəvi silah proqramının ləğvi ilə bağlı birgə missiya təsis olunub

17 Oktyabr 2013 13:45 (UTC+04:00)

BMT və Kimyəvi Silahın Qadağan Olunması Təşkilatı Suriya ilə bağlı birgə missiya təsis edib.


APA-nın BMT mətbuat xidmətinə istinadən xəbərinə görə, birgə missiya Suriyanın kimyəvi silah proqramının vaxtında ləğvini təmin etməlidir.

 

Yüz nəfərdən ibarət olacaq missiyanın koordinatoru vəzifəsinə Siqrid Kaaqın namizədliyi təsdiqlənib. O, öz fəaliyyətini BMT baş katibinin müavini ranqında yerinə yetirəcək.

 

BMT baş katibi Pan Gi Mun Suriya hökumətini missiya ilə əməkdaşlığa çağırıb.