Azəri qızı Günelin qardaşı yaman qəzəbləndi

17 Oktyabr 2013 16:44 (UTC+04:00)
Tanınmış müğənni Tunar Rəhmanoğlu Facebook sosial şəbəkəsindən şikayətçidir. Movqe.az-a danışan Tunar sosial şəbəkədən olan narazılığını belə izah edib: "İlk əvvəl onu deyim ki, mən hansısa sosial şəbəkədə özümə profil açmamışam. Bir müddət əvvəl bacım Günel (müğənni Azəri qızı Günel) israr etdi ki, görüntü naminə Facebookda səhifə açsın. Etiraz etməmişdim, ancaq şifrəni unutduğum üçün oradan istifadə etmirdim. Real həyatda dostluq etdiyim bir neçə tanışım ötən həftə mənə zəng edib irad bildirəndə ki, səhifəmdə xoşagəlməz paylaşımlar edirəm, əvvəl anlamadım. Sonra məsələnin ciddiliyinin fərqinə vardım. Araşdırıb öyrəndim ki, kimsə səhifəmin şifrəsini sındıraraq, profilimdən öz maraqları üçün istifadə edir. Kimliyini bilmdəiyim mərdimazar adam səhifəmdə düşüncəmə yad olan fikirlərlə dolu statuslar yazıb, dostluğumda olan insanlara mesjlar göndərir. Hər kəsə bildirmək istəyirəm ki, Facebookda yer alan Tunar Rəhmanoğlu adlı səhifə ilə mənim heç bir əlaqəm yoxdur. Kimsə mənim adımdan "feyk" olaraq istifadə edir". Xoşagəlməz haldan dolayı narahat olan müğənni onu adında istifadə edən kimliyini bilmədiyi şəxsə səslənərək səhifəsini bağlamağı rica edir. Müğənni əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.