Qrafinya Şarlottenin qaranlıq qalan sirri tapıldı

17 Oktyabr 2013 17:02 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Fransız İnqilabında qaçmağı bacaran, kral ailəsinin ən sirrli üzvü olan Marie Teresa Şarlotteyə aid olduğu sanılan Almaniyadakı məzar qazılmağa başlannıb. 1789 Fransız İnqilabında gilyotinlə (1792-ci ildə Fransada burjua inqilabı zamanı doktor Gilyotin tərəfindən ixtira edilmiş başkəsən maşın). edam edilən Kral 16. Louis və Marie Antoniettein ən böyük qızları, kral ailəsinin ən sirrli üzvü Marie Teresa Şarlotteyə aid olduğu sanılan Almaniyanın Hildburghausen qəsəbəsindəki məzar , ötən gün qazılmağa başlanıb. Məzarda yatan , hər zaman örtüklü gəzdiyi bilinən "Qaranlıq Kontes" ləqəbli qadının , Fransız İnqilabından qaçmağı bacararaq canını qurtaran yeganə kral ailəsi üzvü olan Marie Teresa olduğu düşünülür. 1837-ci ildə 60 yaşlarında öldüyü sanılan Marie Theresa Şarlotte , böyük ehtimalla dini bir mərasim belə edilmədən dərhal dəfn edilib. Alman elm adamları indi 1830-cu ildə 20 dəqiqəliyinə Fransa Kraliçası da olan Marie Teresanın 200 illik sirrini öyrənmək, məzarın ona aid olduğunu dəqiqləşdirmək üçün DNT testi edəcək. Hildburghausen Muzey direktoru Maykl Romhild , "Müasir elm Qrafinyanın taleyinie aydınlığa qovuşduracaq " deyib.


DNT testi ediləcək


1830-cu ildə 20 dəqiqəliyinə Fransa Kraliçası də olan Marie Thérèse'ya aid olduğu sanılan məzar iş maşınları köməyiylə qazıldı. Məzarın , Kral 16. Louis ilə Marie Antoniette'in qızına aid olduğunu dəqiqləşdirmək üçün DNT testi ediləcək.