Tanınmış teleaparıcı göz yaşları içində diz çökdü (FOTO)

17 Oktyabr 2013 16:49 (UTC+04:00)

İlham Mirzəyev şəhidlərə ehsan verdi

Həyat tərzi  Tanınmış teleaparıcı, psixoloq-alim İlham Mirzəyev prezident seçkilərində İlham Əliyevin qələbəsi və Müqəddəs Qurban Bayramı şərəfinə şadlıq saraylarının birində ziyafət təşkil etdi. ANS PRESS-in məlumatına görə, ziyafətə teleaparıcılıqdan daha çox ictimai xadim kimi tanınan İlham Mirzəyevin mütəmadi yardım etdiyi 130 şəhid və itkin düşmüşlərin ailələri dəvət almışdı. Tədbirdə Azərbay Milli Elmlər Akademiyasının fəlsəfə, sosiologiya və hüquq institunun elm adamları da iştirak edirdi.


Xanəndə Elnarə Abdullayevanın bir-birindən gözəl və eyni zaman ürəkləri ağladan ifaları lə keçən tədbirdə İlham Mirzəyevin şəhidlərə və eyni zamanda şəhid ailələrinin İlham Mirzəyevə itfah etdiyi şerləri də səsləndi. Psixoloq-alim tədbir boyu övladlarını itirmiş gözü yaşlı anaların hər birinə xüsusi diqqətlə yanaşırdı. Onlara mikrafon uzadaraq ürək sözlərini deməyə imkan yaradan İlham bəy, hər bir ananı bağrına basıb əllərindən öpürdü. 


İki övladı itkin düşmüş, cansız cəsədi üçün gecə-gündüz Allaha yalvaran bir ağsaçlı ananın çıxışı isə hər kəsi çox kövrəltdi. Şəhid anası "Bu gün mənə elə gəldi ki, illərdir ölüsündən-dirisindən xəbər ala bilmədiyim balalarımdan xəbər aldım." –dedikdə İlham Mirzəyev göz yaşları içində ananın qarşısında diz çökdü və bir daha əllərindən öpdü. 

Digər iki şəhid anası, daha doğrusu iki övladı itkin düşmüş gözü yaşlı bir ana, "Balalarıma yas məslisi verə bilməmişəm. Sanki bu gün sanki övladımın ehsanını verdim."kəlmələri hər kəsi ağlatdı.


İlham Mmirzəyev ananın sözlərinə cavab olaraq, Bu günki məclisimiz bütün şəhidlərimin ehsanı olsun" – dedi. 

İlham Mirzəyev ona doğma şəhid anaları və bacılarına maddi yardım yanaşı, onlarla psixoloji söhbətlər apardığını bildirdi: "Maddi yardım öz yerində, bu insanların daha çox mənəvi və psixoloji dəstəyə ehtiyacları var. Mən psixoloq olaraq mütamadi olaraq bu insanlarla görüşürəm və söz verirəm ki, heç vaxt mənəvi və psixoloji dəstəyimi əsirgəməyəcəm. Bu analar öz ciyər-paraları bizim yolumuzda qurban veriblər. Biz onlar üçün nə etsək belə azdır. 

Analar başımızın tacıdır, şəhid anaları ikiqat hörmətə, diqqətə və qayğıya layiqdir. Unutmamalıyıq ki, dövlət qayğısı ilə yanaşı hər birimiz onlara qayğı göstərməliiyik." 


İilham Mirzəyev sonda prezident İlham Əliyevə səs verdikləriyi üçün bütün şəhid ailələrinə və məclisdə iştirak edən elm adamlarına da öz minnətdarlığını bildirdi. 


Ziyafət başa çatdıqda isə hər kəsə bayram hədiyyəsi təqdim edildi.