Yaponiyada həyəcan təbili çalındı

17 Oktyabr 2013 17:24 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Yaponiyanın Oşima Adasını viran edən Vipha qasırğası, ən az 17 nəfərin ölümünə, onlarla insanın  itməsinə gətirib çıxarıb. Paytaxt Tokionun təxminən 120 kilometr cənubunda yerləşən, 8 min əhalisi olan adada dünən təsirli olan qasırğa torpaq sürüşmələrinə səbəb olub. Tokioda da 400-dən çox uçuş ləğv edilib. Yaponiya Meteorologiya direktoru Hiroyuki Uçida, "Bu bölgədə son 10 ildə yaşanan ən böyük qasırğadır" deyib. Qasırğa səbəbiylə 2011-ci ildəki zəlzələ və sunamidən sonrakı nüvə fəlakətinin yaşandığı Fukuşima Nüvə Stansiyasında da həyəcan təbili çalınıb.