“Zamiq Hüseynov Qara Göz” əslində kimdir?!

17 Oktyabr 2013 17:47 (UTC+04:00)

Məşhur müğənni Zamiq Hüseynovun başına iş gəlib. İfaçının adına facebook sosial şəbəkəsində saxta profil açılıb və istifadəçilərin ünvanına təhqirlər yazılır. Müğənninin Movqe.az-a verdiyi məlumata görə, onun adına açılan saxta profil "Zamiq Hüseynov Qara Göz" adı ilə qeydiyyatdan keçib: "Kimdir bilmirəm, amma mənim yaxın ətrafıma mənim adından ismarıclar ünvanlayır. Özü də nalayiq ifadələrlə dolu. Bu, mən deyiləm. Mənim bircə profil var. Onu da dostlarım tanıyır. Özüm də aktiv istifadəçilərdən hesab olunmuram. "İnstagram"a daha çox üstünlük verirəm. Saxta profili yaxın zamanda tapıb, bağlayacayıq".


Zamiq onu da əlavə etdi ki, bu işi törədən şəxsi cəzalandıracaq.