Orxan Zeynalov məhkəmədə qətl törətmədiyini bildirib-FOTO

17 Oktyabr 2013 18:19 (UTC+04:00)

Rusiya paytaxtında 25 yaşlı Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov məhkəmədə cinayəti törətdiyini inkar edib.


APA-nın verdiyi məlumata görə, məhkəmə zalında ifadə verən O. Zeynalov qətli törətmədiyini bildirib. O, müstəntiqlərə ilkin ifadəsini fiziki təzyiq altında verdiyini söyləyib.

 

Qeyd edək ki, Moskvanın Presnenski Rayon Məhkəməsində Orxan Zeynalovun barəsində həbs qəti-imkan tedbirinin seçilməsinə baxılır.