Windows 8.1 artıq satışda!

17 Oktyabr 2013 18:26 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, Microsoft, kompüter istifadəçiləri tərəfindən gözlənilən marağı görə bilməyən "Windows 8"dən təxminən bir il sonra , "Windows 8.1"i təqdim edib. Əməliyyat sisteminin aktuallaşan versiyasında , ötən distributivə şikayətçi olanları təmin edəcək dəyişikliklər vəd edilir. Proqram nəhəngi Microsoft, tablet - dizüstü kompüterlər başda olmaqla, dünyanın ən məşhur masa üstü əməliyyat sistemi olmasını ümid edən Windows 8-in yeni versiyasını təqdim edib. Windows 8.1, PC satışlarının davamlı azaldığı günlərdə Microsoftun müvəffəqiyyəti üçün olduqca həlledici bir məhsul olaraq meydana çıxıb. Microsoft , ABŞ-dakı "Windows Store"lara təqdim etdiyi əməliyyat sistemi paketinin , 24 saat ərzində dünya daxilindəki  mağazalarında da satışa çıxacağını açıqlayıb. Arxa planda daha çox rəng saxlayan Windows 8.1, əvvəlki versiyasıyla müqayisədə istifadəçilərinə daha çox şəxsi nizamlama imkanı təqdim edəcək. Əməliyyat sistemindəki ən böyük dəyişiklik şübhəsiz ki, "Başlat" düyməsinin geri dönməsi olub .