Azərbaycanda şagird orta məktəbdə qətlə yetirilib

17 Oktyabr 2013 18:30 (UTC+04:00)

Bakıda orta məktəb şagirdi qətlə yetirilib.


Bu barədə APA-ya Nizami Rayon Polis İdarəsindən bildirilib.

 

Hadisə bu gün Nizami rayonunda yerləşən 10 saylı orta məktəbin həyətində baş verib. Həmin məktəbin şagirdi Famil Gülüşov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Hadisə yerinə Rayon Prokurorluğunun və Polis İdarəsinin əməkdaşları gəliblər. Hazırda hadisə yeri müayinə edilir. Qətlin kimin tərəfindən və hansı məqsədlə törədilməsi hələlik məlum deyil.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.