Bülent Ersoy çılğına döndü: "Beləsinin anasını..."

17 Oktyabr 2013 19:24 (UTC+04:00)
İzzet Yıldızhanla başladığı şou proqramına sonradan təkbaşına davam edən Bülent Ersoyun dünənki "Bülent Ersoy Show" proqramının qonaqları Demet Akalın və Cenk Eren olub. 

Movqe.az AHT-yə istinadən bildirir ki, canlı yayımda "Bir ben bir Allah biliyor" mahnısını oxumağa hazırlaşan B.Ersoy playback vaxtında başlamayanda çılğına dönüb. 

O, mahnını oxumağa başladıqdan sonra proqramın rejissoruna "Allah bəlanı versin!" deyib. Mahnının ifasını başa vurandan sonra yerinə oturan Bülent Ersoyun əsəbi soyumayıb: 

"Bu əsəri zatən bilirsiniz. "Playback"lə oxuduğum üçün bir qədər ləngimə oldu. İçəridəki quş beyinlilər işlərini bacarmadılar. Öz səsimlə başlamaq istədim, mikrofonun səsini açmadılar. Beləsinin anasını! Canlı yayımda olur belə işlər".