Orxan Zeynalovun müdafiəçiləri məhkəmənin həbs qərarından şikayət verəcək

18 Oktyabr 2013 13:14 (UTC+04:00)

Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində təqsirləndirilərək həbs olunmuş Orxan Zeynalovun müdafiəçiləri Presnensk Rayon Məhkəməsinin onun barəsində həbs-qətimkan tədbiri seçilməsi qərarından şikayət verəcək.


APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə O.Zeynalovun vəkili Viktor Anikuşkin açıqlama verib.

 

Onun sözlərinə görə, məhkəmənin qərarı ilə razı deyillər və yaxın üç gün ərzində bu qərardan şikayət verəcəklər.