Şimali İraqda bombalı hücum

18 Oktyabr 2013 13:29 (UTC+04:00)

Şimali İraqda bombalı hücum zamanı şiə icmasına mənsub ən az 15 nəfər insan həyatını itirib. Hadisə Şabak icmasının yaşadığı Müvəffəqiyyə kəndində baş verib.Şabak ictimaiyyətinin keçmiş səlahiyyətli nümayəndəsi bildirib ki, hadisə səhər saatlarında baş verib. O deyib: "Bombalı yük maşınını idarə edən kamikaвze özünü kəndimizə məxsus evlərin arasında partladıb. Evlərin dağıntıları arasında hələ də bəzi insanların cəsədi var".

Hücumun kimlər tərəfindən törədildiyi hələ də dəqiq məlum olmasa da, Sünni militanlarının keçmişdə bu icmanı hədəf aldıqları vurğulanır. Keçən ay Ninovada bir Şabakın dəfn mərasimi zamanı baş verən partlayışda 26 insan ölmüş,46 insan isə yaralanmışdı. Amerikali və Kanadalı akademistlərin apardığı bir araşdırma nəticəsində məlum olub ki, İraqın 2003-cü il ABŞ tərəfində işğalından 2011 ci ilin ortalarına qədər yarım milyondan çox insan müharibə ilə əlaqəli müxtəlif səbəblərdən həyatını itirib. Məzhəblə əlaqəli zorakılıq halları son aylarda 2008-ci ildən bu günə qədər ən yüksək həddə çatmışdır.