Prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiqi məsələsinə sabah baxılacaq

18 Oktyabr 2013 13:31 (UTC+04:00)

Azərbaycanda keçirilən prezident seçkilərinin yekunu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq olunması məsələsinə sabah Konstitusiya Məhkəməsində baxılacaq.


Bu barədə APA-ya Konstitusiya Məhkəməsindən məlumat verilib.


Qeyd edək ki, ötən gün MSK-nın iclasında prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın yekun protokolu tərtib edilərək 17 komissiya üzvü tərəfindən imzalanıb.

 

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.


Protokolun təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.