Qadın İştirakçılığı Proqramının icra müddəti uzadıldı

18 Oktyabr 2013 14:25 (UTC+04:00)

Kaunterpart İnternational Təşkilatı ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)dəstəyi ilə gerçəkləşən Qadın İştirakçılığı Proqramının daha iki il müddətinə uzadılmasını bəyan edir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi Azərbaycan da daxil olmaqla dünyanın 80-dən artıq ölkəsində ABŞ hökumətinin iqtisadi və humanitar yönümlü yardım proqramlarını idarə edir.


Qadın İştirakçılığı Proqramı (QİP) qadınlarla bağlı məsələlər üzrə ictimai məlumatlandırma kampaniyası aparmaqla Azərbaycanda qadınların statusunu yaxşılaşdırmaq və sosial-siyasi proseslərdə daha çox qadın iştirakını təmin etmək üçün onların səlahiyyətləndirilməsini nəzərdə tutur.Kaunterpart İnternational təşkilatının 13 yerli tərəfdaş və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq çərçivəsində icrası daha 2 il davam etdiriləcək proqramaşağıdakı məsələləri əhatə edəcəkdir:


• Qadın məsələləri və Qadınlara Qarşı Bütün Növ Ayrıseçkiliyin aradan Qaldırılması üzrə Konvensiya(CEDAVV) barədə məlumatlandırmanın artırılması;

• Azərbaycan Hökuməti ilə qadın problemləri ilə bağlı konstruktiv dialoqa cəlb etmək üçün yerli vətəndaş cəmiyyəti təşkilatlarının institutsional bacarıqlarının artırılması;

• Qərar qəbulu prosesində qadınların iştirakının və təsirinin artırılması;

• CEDAW Konvensiyasının tövsiyələrinin icrasının təkmilləşdirilməsinə dair, eləcədə qadınların statusunun yaxşılaşdırılmasını nəzərdə tutan hüquqi təşəbbüslərin və təkliflərin Azərbaycan Hökumətinə təqdim edilməsi.


Son iki ildə 4000-ə yaxın vətəndaş bizim proqram fəaliyyətlərində iştirak etməklə qadın məsələləri üzrə biliklərini artırmışdılar. QİP 13 yerli təşkilata qrant ayırmaqla yanaşı qadın liderliyi, siyasi iştirakçılıq və qadın hüquqlarına dair təlimlər təşkil etmişdir. QİP eyni zamanda gender məsələlərini işıqlandırmaq üçün bir sıra jurnalistləri təlimlərə cəlb edərək bacarıqlarının gücləndirilməsinə nail olmuşdur. Daha sonra müxtəlif TV tok-şouları, sosial mediada kampaniyalar və erkən nigahlar, qadınların təhsili, məişət zorakılığına dair sosial çarxlar vasitəsi ilə geniş kütlə arasında maarifləndirmə aparmağa müvəffəq olmuşdur.


Diqqət çəkən məqamlardan biri də, QİP layihəsi çərçivəsində gender siyasətini əhatə edən vacib məsələlərə dair 200 nəfərdən artıq müxtəlif sahələri təmsil edən maraqlı tərəflərin iştirak etdiyi iki Qadın Liderliyi Konfransının keçirilməsidir.Konfransların nəticəsi kimi mövcud gender qanunvericiliyinin təkmilləşdirilməsinə, gender məsələlərinə dair monitorinq, təhlil, araşdırma, ictimai məlumatlandırma və təlimlərin keçirilməsinə sərmayələrin artırılmasına, qadın liderliyini dəstəkləyəcək kvotanın tətbiqi məsələlərinə dair 42 tövsiyə hazırlanmışdır. Həmin tövsiyyələr həm Nazirlər Kabinetinə, həmdə Milli Məclisə göndərilmişdir və QİP-in yerli tərəfdaşları bu tövsiyyələrin Azərbaycan Hökuməti tərəfindən qəbul edilməsinə dair müvafiq ictimai vəkillik işləri aparırlar.


İlqar Ağasiyev əlavə etdi ki, "Proqram çərçivəsində yeni nailiyyətləri əldə etmək üçün növbəti iki ildə QİP yerli vətəndaş cəmiyyəti təşkilatları və Azərbaycan Hökuməti ilə sıx əməkdaşlığını davam etdirəcəkdir. Azərbaycanda seçki və yerli səviyyədə qərar qəbuletmə proseslərində fəal iştirak etmək üçün bacarıqlı və istedadlı qadınlar onlar üçün daha da çox imkanların yaradılmasına layiqdir.