Gözlərinizə inanmayacaqsınız: bura İrandır - FOTOLAR

18 Oktyabr 2013 15:26 (UTC+04:00)

Gənclik müasir geyinir, müasir musiqilər dinləyir və azad yaşayırdı 


İran haqda danışanda bütün dünyada insanların ağlına qadağalar, çadralı qadınlar, yandırılan Amerika bayraqları gəlir...

 

Halbuki 1979-cu ilə qədər İranın paytaxtı Tehran dünyanın ən yaxşı və müasir şəhərlərindən biri idi. "The New York Times" yazır ki, Tehran 79-cu ilə qədər mədəniyyətin, ədəbiyyatın, incəsənətin sürətlə inkişaf etdiyi şəhərlərdən biri olub. Qadınlar və kişilər eyni hüquqlara malik idi. Gənclik müasir geyinir, müasir musiqilər dinləyir və azad yaşayırdı. Ancaq təbii ki, bütün bunlar ardınca iqtisadi baxımdan geridə qalan və yoxsul yaşayan insanların sayı üstünlük təşkil edirdi.

 

Movqe.az Ailem.az saytına istinadən müxtəlif portallarda "İran – inqilabdan əvvəl" başlığı ilə verilmiş maraqlı fotoları təqdim edir. Bu fotolarda indiki İrandan tamamilə fərqlənən bir ölkəni görəcəksiniz.