Çantasından uşaq cəsədi çıxdı

18 Oktyabr 2013 15:56 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-da bir mağazada şübhəli hərəkətləri səbəbiylə diqqət çəkən və təhlükəsizlik işçiləri tərəfindən dayandırılmış iki gənc qızdan birinin çantasında ölü körpə tapılıb. Hadisə, Manhattandakı lüks bir mağazaya polisin çağırılmasıyla mətbuata əks olunub. NyuYork polisindən Li Cons, iki gənc qızın oğurluq təqsiriylə nəzarətə alındığını söyləyib və "Onlardan birinin çantasında tapdığımız şeyin fetus(döl) olduğunu düşünürük" deyib. Çantasında ölü körpə olan gənc qızın 17 yaşında olduğu və uşağını itirdiyi deyilir. NBC NyuYork kanalına görə körpədə hər hansı bir zədəyə rast gəlinməyib. Polis gənc qızın xəstəxanada olduğu məlumatını verib.