Xatirə İslam Azərbaycan xalqını belə təhqir etdi!

18 Oktyabr 2013 16:33 (UTC+04:00)

Bir neçə gün bundan öncə müğənni Xatirə İslamın mediayaya verdiyi açıqlama hamının təəccübünə səbəb olmuşdu.


Evli olan xanım müğənni yeni sevgilisinin adının "E" hərfi ilə başladığını açıqlayıb: "Sevgilimin adının yalnız baş hərifini deyə bilərəm- E. Pərəstişkarlarımı çox intizarda qoymayacağam, yaxınlarda yeni sevgilimi hamı görəcək. O, indi mənim yanımda olmasa da, bir az keçsin, hamı onu tək mənim yanımda görəcək". Bu məsələ ilə bağlı "Ümid Var" verlişində açıqlama verən müğənni bildirib ki, "E" hərfi ilə onun övladının adı başlayır: "E" ilə mənim övladımın adı başlayacaq. Mən bunu nəzərdə tutub demişəm. Ancaq qara caamat məni səhv başa düşüb". Xatirə İslamın əvvəlcə belə müəmmalı açıqlama verib, sonradan insanları, Azərbaycan xalqını "qara camaat" adlandıraraq təhqir etməsi "ATV" kanalında və televiziya önündə olan tamaşaçıların, ümumilikdə Azərbaycan xalqının narazıçılığına səbəb olub. Tamaşaçılar müğənniyə öz etirazını bildirib. (gecce.az)