Rusiyada ərzaq bahalaşması Azərbaycana da təsir edə bilər

18 Oktyabr 2013 16:39 (UTC+04:00)

Vahid Məhərrəmov: "Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının qiymətinin artımı gözləniləndir"

Son həftələr ərzində Rusiyada bir sıra ərzaq məhsullarının qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə olunur. Bu, əsas etibarı ilə özünü kənd təsərrüfatı məhsullarının qiymətində büruzə verir. Məsələn, kartofun qiymətində 25 faizə qədər artım müşahidə olunur. Bu vəziyyətdə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları aparanlar  durumdan istifadə etməyə çalışırlar. Söhbət şimal qonşumuzun bazarlarına daha çox miqdarda məhsul daşınması cəhdlərindən gedir. Belə vəziyyət isə bəzi ekspertlərə görə, daxili bazarda yerli kənd təsərrüfatı məhsullarının xüsusi çəkisini azalda və qiymət bahalaşmasına rəvac verə bilər. 

Lakin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Mövqe.az-a açıqlamasında narahatlığa əsas görmədyini bildirir: "Rusiya bazarlarında kənd təəssərüfatı məhsullarıının son həftələrdə qiymətində olan bahalaşmanın bizə heç bir təsiri yoxdur. Baxmayaraq ki, Rusiya bazarında kartofun qiyməti  25% artsa da, ancaq bizdə bahalaşma müşahidə olunmayıb. İstər kartof, istərsə də meyvə-tərəvəz tələbatdan daha çox istehsal olunur. Hər il Azərbaycanda  tələbatdan daha çox kartof istehsal olunur. Yerli məhsulların azalmasına və ya bahalaşmasına da daxili bazarlarımızda heç bir halda rast gəlinmir". 

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov isə məsəəlyə belə münasibət bildirir: "Ümumiyyətlə, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının qiymətinin artımı gözləniləndir. Bu, onunla əlaqədardır ki, Azərbaycanda bəzi növ kənd təsərrüfatı məhsullarının idxalı artır. Digər tərəfdən bu sahədə tam rəqabət olmadığı üçün inhisarçı mövqejdə olanlar qiyməti diqtə edə bilir. 

Bu gün daxili bazarda kənd təsərrüfatı məhsullarının qiymətinin artması bizim üçün gözlənilən haldlr.  Qiymətlər o vaxt enəcək ki, tam  rəqabət mühiti yaranacaq və istənilən sahibkar xarici ölkələrdən ehtiyac olan məhsulu alıb gətirəcək".