Şəhərin mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

18 Oktyabr 2013 16:49 (UTC+04:00)

Bu axşam Bakıda, "Gənclik" metro stansiyası yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.


Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, saat 22:00-dan etibarən Qələbə meydanında ("Gənclik" dairəsi) yeni istifadəyə verilmiş tunel tipli yol qovşağında elektron tabloların quraşdırılması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti dayandırılacaq.

 

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyə edir.