Samsung Galaxy S5-dən xəbər var

18 Oktyabr 2013 19:54 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Cənubi Koreya mərkəzli texnologiya nəhəngi Samsungun gələn il nümayiş edəcəyi düşünülən , admiral gəmisi olacaq Galaxy S5-ə dair söz-söhbətlərin ardı arxası kəsilmir. Yanvar ayında satışa çıxarılması gözlənilən Galaxy S5-in 64 bit prosessorlu , barmaq izi oxucu sensorlu və alüminium dizaynlı olaraq çıxacağı gündəmə gəlmişdi. İndi isə telefonun , suya və toza qarşı dayanıqlı olacağı söz-söhbətləri gəzməyə başlayıb. Sony-nin ötən il bazara çıxardığı Xperia Z ilə başlayan su keçirməz telefon macərasına qatılacaq olan Samsung, digər ağıllı telefon istehsalçıları ilə oxşar strategiyalar tətbiqi planlaşdırdığı təxmin edilir. Suya və toza qarşı dayanıqlı olan yeganə Galaxy modeli Galaxy S4 Activedir . Koreya mərkəzli ET-in etdiyi xəbərə görə Galaxy S5 , suya , palçığa və toza qarşı dayanıqlı yəni IP67 sertifikatına sahib olacaq.