Lənkəranda motosikletlə “KamAZ” toqquşub, motosikletin sürücüsü ölüb

18 Oktyabr 2013 18:08 (UTC+04:00)

Azərbaycanda motosiklet yük maşını ilə toqquşub.


Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol nəqliyyat hadisəsi Lənkəran-Boradigah yolunun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

 

Lənkəran rayon Küçəvilə kənd sakini, 1968-ci il təvəllüdlü Seyran Aslan oğlu Mirzəyevin idarə etdiyi "Muravey" markalı motosikletlə rayonun Cil kənd sakini, 23 yaşlı Ramiz Tahir oğlu Tağızadənin idarə etdiyi 42 BP 664 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili toqquşub.

 

Nəticədə motosikletin sürücü hadisə yerində ölüb.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.