"Bir az içdikdə asanlıqla soyunuram"

19 Oktyabr 2013 11:23 (UTC+04:00)

Yayın hitinə çevrilən "Blurred lines" mahnısı ilə məşhurlaşan Emili Ratajkovski tanınmış GQ nəşri üçün kamera qarşısına keçib.


Axşam.az xəbər verir ki, cazibədar pozalar verən model çılpaq çəkildiyi klip haqqında da danışıb:


"Klipə baxdıqda çox çılpaq olduğumu düşündüm. Lakin sonra buna öyrəşdim. Utancaq deyiləm. Bir az içdikdə və ya sadəcə dostlarım üçün asanlıqla soyuna bilirəm."


22 yaşlı Emili "Gone girl" ("İtkin qız") kinosunda rol alacaq. Film 2014-cü ildə efirə veriləcək.