Bakıda gecə klubunda qətl törətməkdə təqsirləndirilən şəxs tutulub

19 Oktyabr 2013 11:44 (UTC+04:00)

Bakıda gecə klubunda qətl törədən şəxs tutulub.


Binəqədi Rayon Polis İdarəsindən Movqe.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü Səttar Məmmədzadəni bıçaqlayaraq qətlə yetirən 1993-cü il təvəllüdlü ƏnvərKamran oğlu Həsənov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, hadisə dünən səhər saatlarında Naxçıvani küçəsi-13 ünvanında yerləşən "MAC" gecə klubunda qeydə alınıb.

1993-cü il təvəllüdlü Ə.Həsənov aralarında yaranan münaqişə zəmində 1989-cu il təvəllüdlü S. Məmmədzadəni bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Ə. Həsənovun tutulmasıistiqamətində iş aparılır.

Faktla bağlı araşdırma aparılır.