Cəhbə xəttində atışma olub

21 Oktyabr 2013 11:10 (UTC+04:00)

Cəhbə xəttində gərginlik davam edir.


Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Goranboy rayonunun Gülüstan, Tərtər rayonun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.