“Sədərək Ticarət Mərkəzi”ndə ölüm

21 Oktyabr 2013 11:52 (UTC+04:00)

Piyada avtomobil qəzasında dünyasını dəyişib

Hadisə  Bu gün səhər saat 05:40 radələrində Bakının Qaradağ rayonundə piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Qaradağ rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, hadisə "Sədərək Ticarət Mərkəzi"ndə baş verib.


Belə ki, 60 yaşlı Sabir Əliyev yolu keçərkən "VAZ" markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib.


Faktla bağlı araşdırma aparılır.