19 hərbçi güllələnərək öldürüldü

21 Oktyabr 2013 12:02 (UTC+04:00)

Hərbi formanı geyinən silahlılar nəzarət buraxılış məntəqəsinə girərək əsgərlərə atəş açıblar

Dünya  Nigeriyada "Boko Haram" qruplaşmasının üzvü olan silahlılar 19 hərbçini qətlə yetiriblər. Ans press-in "BBC"-yə istinadən verdiyi xəbərə görə, hərbi formanı geyinən silahlılar nəzarət buraxılış məntəqəsinə girərək əsgərlərə atəş açıblar. Ölkənin şimal-şərqində fövqəladə vəziyyət elan edilib. Nigeriyada islam dövləti qurmağa çalışan "Boko Haram" isə hadisə ilə bağlı hələlik açıqlama verməyib.


Nigeriyada son zamanlar mülki geyimli şəxslər məktəblərə, hərbi idarələrə və müxtəlif obyektlərə daxil olaraq orada cinayətlət törətməyə çalışırlar. Son belə hadisə Loqumani şəhərində yaşanıb.