Müğənni xanımlar "Şəfa"da futbol oynayacaqlar...

21 Oktyabr 2013 12:13 (UTC+04:00)
Şou-biznesin tanınmış simaları futbol oynayacaq. 

Movqe.az-ın məlumatına görə,  noyabrın 15-də saat 19:00-da "Şəfa" stadionunda baş tutacaq oyunda stadiona sənətçilər çıxacaq. 

Yaşıl geyimli komandanın tərkibində əməkdar artist Almaz Ələsgərli, müğənni Yaşar Cəlilov, Xatun , aparıcılar Günel Hümbətova, Anar Nəcəfov, rəqqasə Aytən və başqaları olacaq. Narıncı geyimli komandada isə müğənnilər Nazim Faytonçu, Emil Bədəlov, Sevda Sanəliyeva, Sevil və Sevinc bacıları, rəqqasələr Fatimə Fətəliyeva, Oksana Rəsulova və skripkaçı Səlim oynayacaq.

Bu barədə Mövqe.az-a açıqlama verən bəstəkar-müğənni Ramal Əsədzadə bildirib: " Oyunda yalnız şou-biznesin tanınmış  nümayəndələri iştirak edəcək. Maraqlı oyun alınacağına əminəm. Azərbaycanda ilk dəfə təşkil olunan bu layihənin özəlliyi ondadır ki, xanım və bəylər bir yerdə futbol oynayacaqlar. 


Məlumat üçün qeyd edək ki, oyun müğənni Ramal Əsadzadənin və prodüsseri Mehri Əliquliyevanın təşkilatçılığı ilə keçiriləcək.