Gəncə polisi yol qəzasında ölüb

21 Oktyabr 2013 12:56 (UTC+04:00)

Azərbaycanda polis yol qəzasında ölüb.


Gəncə Şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, yol-nəqliyyat hadisəsi Keçid küçəsində qeydə alınıb.

 

Gəncə Şəhər Baş Polis İdarəsinin Post-patrul xidməti taborunun polis serjantı Rəşad Boris oğlu Mustafayevin idarə "VAZ-2106" markalı avtomobillə Fikrəddin Əhəd oğlu İsmayılovun idarə etdiyi "KamAZ" markalı  yük maşını toqquşub. Nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü R. Mustafayev aldığı xəsarətdən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.