Şəhzadənin nənəsinə royal vetosu

21 Oktyabr 2013 16:10 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, İngiltərə Şahzadəsi Corca xaricə səyahəti müddətində baxmasıyla gündəmə gələn Kembric düşesi Katherinenin anası Karoleya Kral ailəsi səlahiyyətlilərindən təsdiq çıxmayıb. Kembric Dükü Uilliam və Düşes Katherinenin gələn il edəcəkləri Yeni Zelandiya və Avstraliya gəzintisinə gedəndə Şahzadə Corcu yanlarına alıb-almamaları müzakirə mövzusu olmuşdu. Cütlük körpəni yanlarında aparmağa qərar verib. Lakinbu dəfə də onlar görüşlərdə olanda, Corca kimin baxacağı problemi ortaya çıxıb. Kral ailəsi bu mövzunu İnqrid Sevardın " Kral Uşaqlarının Əsri " adlı kitabının giriş hissəsində müzakirə edib. Cütlüyün ağılına gələn ilk həll isə, Katherinenin anası Karolenin heyətlə birlikdə getməsi olub. Ancaq "İngilis Sunday Express" qəzetindən Adam Hellikerin iddiasına görə, Kral ailəsi səlahiyyətliləri Karolenin heyətlə birlikdə səyahət etməsinə qarşı çıxıb. Kral uşaqlarının xarici səyahətlər zamanı evdə qoyulması məsələsinə Şahzadə Diananın Uilliamı bir yaşından kiçik olarkən yanına alaraq Avstraliyaya getməsiylə son qoyulmuşdu.