Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri etiraz aksiyası keçirir

21 Oktyabr 2013 16:26 (UTC+04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ali məktəbin həyətində etiraz aksiyası keçirirlər.


APA-nın verdiyi məlumata görə, xeyli sayda tələbə  semestr imtahanlarının yazılı aparılmasına etiraz edirlər. Onlar imtahanların test üsulu ilə keçirilməsini istəyirlər.

 

ADPU-nun tədris işləri üzrə prorektoru Malik Cəbrayılov APA-ya açıqlamasında deyib ki, rektor Yusif Məmmədov akt zalında tələbləri şikayətlərini dinləmək üçün gözləsə də, aksiyaçıların yalnız bir qismi onunla görüşə gedib, böyük əksəriyyət isə aksiyanı davam etdirir. 

 

Rektor aksiyaçıların tələblərini dinləmək üçün onların qarşısına çıxıb.