Rusiyada yaşayan azərbaycanlılara “Rus marşı” ilə əlaqədar xəbərdarlıq edilib

21 Oktyabr 2013 17:45 (UTC+04:00)

Rusiyada restoran sahibi olan azərbaycanlılara noyabrın 4-də fəaliyyətlərini dayandırmaq tövsiyə olunub


Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) noyabrın 4-də millətçilərin "Rus marşı" keçirməyi planlaşdırması ilə əlaqədar Rusiyada yaşayan həmyerlilərimizə xəbərdarlıq ediblər.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə bu gün keçirilən mətbuat konfransında ÜAK Rəyasət Heyətinin üzvü Rüstəm Arifcanov bildirib.

 

R. Arifcanov Rusiyada restoran sahibi olan azərbaycanlılara "Rus marşı" keçirilən gün fəaliyyətlərini dayandırmağı məsləhət görüb. O, bunun radikal millətçilərin restoranlara hücum riskinin olması ilə əlaqələndirib.

 

ÜAK Rəyasət Heyətinin üzvü "Rus marşı" konsepsiyasının yaxşı tərəfə dəyişəcəyini, bu tədbirə ədalətli rusların gələcəyini ümid etdiyini söyləyib.