Qeyri-iş günləri açıqlandı

21 Oktyabr 2013 17:52 (UTC+04:00)

Noyabrın 9-u -Bayraq günü şənbə gününə düşdüyündən noyabrın 11-i istirahət günü olacaq


Həyat tərzi  Dövlət Bayrağı Günü münasibətilə noyabrın 9-u qeyri-iş günü elan edilib. Bu barədə Ans press-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli məlumat verib. 

Onun sözlərinə görə, noyabrın 9-u şənbə gününə düşdüyündən onun əvəzində noyabrın 11-i qeyri-iş günü hesab ediləcək. Nəticədə vətəndaşlar noyabrın 9,10 və 11-də istirahət edəcəklər.


Xatırladaq ki, noyabrın 12-si Konstitusiya Günü və noyabrın 17-si Milli Dirçəliş Günü kimi qeyd edilsə də, Əmək Məcəlləsinə əsasən, iş günü hesab olunacaq.