Bakıda 17 yaşlı gənc dəm qazından zəhərlənib

21 Oktyabr 2013 17:55 (UTC+04:00)

Surxay Səfərlinin dəm qazından zəhərləndiyi bildirilir


Hadisə  Bakının Nəsimi rayonu ərazisində bir nəfər dəm qazından zəhərlənib. Rayon Polis İdarəsindən Ans press-ə verilən məlumata görə, R.Səfərov küçəsi 166 ünvanında yaşayan 17 yaşlı Surxay Səfərli dəm qazından zəhərlənib. O huşsuz vəziyyətdə hamamdan tapılıb. Gəncin valideynləri dərhal hadisə yerinə təcili yardım çağırıblar. İlkin yardım göstərildikdən sonra S.Səfərli xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlayıb.