Özünü Justin Bieberə bənzətmək üçün sərvətini xərclədi

21 Oktyabr 2013 20:23 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, ABŞ-lı Tobi Şeldon, pərəstişkarı olduğu müğənni Justin Bieberə bənzəmək üçün estetik əməliyyatlara 100 min dollar xərcləyib. Dünyada milyonlarla gəncin talismanı halına gələn Kanadalı müğənni Justin Bieberin 33 yaşındakı ABŞ-lı pərəstişkarı Tobi Şeldon , 5 ildə 100 min dollar xərcləyərək bir çox estetik əməliyyat etdirib. Xüsusilə gülümsəməsinin Bieberə bənzəməsini istəyən Şeldon dodaqları üçün də bıçaq altına yatıb. Şeldon , yeni gülümsəməsiylə hazırda 19 yaşında olan idoluna daha çox yaxınlaşdığını söyləyib.  Bieber , qısa müddətdə və çox gənc yaşda şöhrətə qovuşmasının əvəzini ödəyir bəlkə də. Bütün gözlər , bütün kameralar onun üzərindədir . Ona görə hər etdiyi da qeyd altına alınır. Lakin elə ərköyünlükləri var ki qəbul edilə bilməz. Onu gözləyən pərəstişkarlarının üzərinə balkondan tüpürmək , jurnalistlərin fotoşəkil maşınlarını bilərək yerə salmaq, paparazilərlə toqquşmaq buna misaldır.