Körpələrini satdılar, iPhone 5C aldılar!

21 Oktyabr 2013 18:41 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Çinli bir ailənin , sahib olmaq istədiyi yeni nəsil iPhone modellərindən birinə qarşılıq olaraq körpələrini satdığı ortaya çıxıb! Ürəkləri sıxan hadisə bütün detallarıyla xəbərimizdə!

Applenin yeni nəsil admiral gəmisi iPhone 5s və rəngli kasasıyla hamını özünə heyran qoyan iPhone 5C-yə sahib olmaq üçün edilənlər heç bu qədər heyrətləndirməmişdi ! Azərbaycan daxil olmaqla daxil bir çox inkişaf etmiş ölkənin sürətlə təqib etdiyi ağıllı texnologiya bazarında çaşdırıcı bir hadisəyə şahid olunub. Gəlir səviyyəsi yüksək fərdlərin yanında daha aşağı büdcəylə çalışan fərdlərin də seçdiyi iPhone modellərinə sahib olmaq istəyi maneə tanımır. Çində yaşayan ata Teng və ana Zhang , Applenin yeni nəsil iPhone modellərindən biri olan " 5C " yə sahib olmaq üçün yeni doğulan körpələrini satmada təqsirləndirilir. Bütün dünya mətbuatında yerləşən və oxuyanları şok edən bu hadisə yeni doğulan körpələrini 50.000 Yuan yəni 15.000 Dollara satmalarından sonra bütün dünyanın etirazına səbəb olub.Satışın reallaşmasıyla birlikdə hesablarına pul yatan Çinli cütlük, alış-verişə çıxaraq ilk olaraq iki ədəd iPhone 5C alıblar. Deyilən ittihamları qəbul etməyən cütlük, uşaqlarına baxa bilməyəcəklərini və daha yaxşı bir gələcək üçün varlı bir ailənin yanında böyüməsinin doğru olduğunu deyərək özlərini müdafiə etmişdilər.