"Şou-biznesə "yox", istirahətə "hə"

21 Oktyabr 2013 19:48 (UTC+04:00)
Müğənni Natavan Həbibi şou-biznesin onun üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Space" telekanalında yayımlanan "Şou+" verilişinə açıqlamasında özünü həyatın ləzzətini yaşamağı bacaran ifaçı adlandırıb: 

"İndi şou-biznes heç kimə lazım deyil. Müğənnilər çıxıb efirdə ancaq bir-biriləri üçün danışırlar, tamaşaçı üçün yox. Mən bu gün öz həyatımı yaşayıram. Məndən çox istirahətə gedən sənətçi yoxdur. Həyatdan ləzzət almağı bacaran müğənniyəm. Şou-biznes mənim üçün heç nədir".