"O məni aldadır" - Manana

21 Oktyabr 2013 21:54 (UTC+04:00)
Əməkdar artist Manana rejissor Makodan (Samir Fərzəlibəyov) şikayət edib. 

Sənətçi Axşam.az saytına açıqlamasında klipmeykerin onun üçün çəkdiyi ekran işlərini hələ də təhvil vermədiyini deyib: 

Mayda "Sev" adlı mahnıma Makoya iki klip çəkdirdim. O isə hər gün məni aldadır. Samir yaxın dostumdur, amma işi gecikdirmək olmaz. Burada çox insanın əməyi var. Həmin mahnını iki dildə səsləndirmişəm: Azərbaycan və gürcü. Klip də iki ölkədə yayımlanmalıdır. Gürcüstan telekanalları dəfələrlə zəng edib, ekran işini istəyiblər. Bir insanla sərt danışmağı bacarmıram. Hər dəfə əsəbiləşəndə özümə təsəlli verirəm ki, Manana sakitləş, lazım deyil, insanlıq olmalıdır. Hər gün məni aldadır ki, bu gün, sabah klipi gətirəcəm. Bir bacı kimi ondan xahiş edirəm, klipimi ver (gülür)". 

Manana "Payız" adlı yeni mahnısına da klip çəkdirmək istədiyini deyib. Sözləri İkram Əliyevə, musiqisi Givi Usanaşviliyə aid olan ekran işi Bakıda lentə alınacaq.