Ermənilər iki istiqamətdən mövqelərimizi atəşə tutublar

22 Oktyabr 2013 10:49 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Şıxlar və Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub. Movqe.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.