Xəzərdə zəlzələ olub

22 Oktyabr 2013 10:52 (UTC+04:00)

Xəzər dənizində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən məlumata görə, zəlzələ bu gün saat 04.28-də Xəzər dənizində Astaradan 47 km cənub-şərqdə zəlzələ qeydə alınıb. Maqnitudası 3,20 olan, 23 km dərinlikdə baş verən zəlzələ hiss olunmayıb.