Novxanının Şəfəq panseonatında ağır qətl

22 Oktyabr 2013 11:18 (UTC+04:00)
Bu gecə Bakının Binəqədi rayonunda qətl baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Novxanı qəsəbəsi Şəfəq panseonatında məskunlaşan ailənin başçısı arvadını öldürüb.
Belə ki, Şuşadan məcburi köçkün olan 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov arvadı 1986-cı il təvəllüdlü Aygün Mənsuz qızı Hüseynovanı qətlə yetirib. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb, arşadırma aparılır.