ATƏT “üçlüyü” və Avropa İttifaqı ölkələrinin XİN rəhbərləri Qarabağ nizamlanmasını müzakirə edib

22 Oktyabr 2013 11:25 (UTC+04:00)

Lüksemburqda ATƏT "üçlüyü" vəAvropa İttifaqı ölkələrinin XİN başçıları formatında görüş keçirilib. APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ATƏT-in hazırki sədri, Ukrayna xarici işlər naziri Leonod Kojara və Litva xarici işlər naziri Linas Linkyaviçusun sədrlik etdiyi görüşdə ATƏT məkanında təhlükəsizlik sahəsindəki işlər, o cümlədən münaqişələrin nizamlanması məsələləri müzakirə olunub.

 

"Görüş iştirakçıları ATƏT-in Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinin axtarışına, habelə münaqişənin həlli üçün Azərbaycan və Ermənistan arasında dialoqun yaradılmasına yönəlik səylərinə öz dəstəyini ifadə edib", - deyə ATƏT-in mətbuat xidmətinin məlumatında vurğulanır.

 

Görüş zamanı həmçinin 5-6 dekabr tarixlərində Kiyevdə keçirilməsi planlaşdırılan ATƏT xarici işlər nazirləri Şurasının toplantısına hazırlıq məsələləri müzakirə olunub.