Qusarda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

22 Oktyabr 2013 11:33 (UTC+04:00)

Oktyabrın 21-də Qusar rayonunda bədbəxt hadisə baş verib.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar rayonunun Həzrə kəndində qeydə alınıb. Bakı şəhər sakini 2012-ci il təvəllüdlü Butayeva Albina Rahim qızı  pilləkəndən yıxılaraq ağır xəsarət alıb.

 

Qusar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.