Təhsil Nazirliyinin 467,3925 AZN-lik layihəsini tenderdə udan universitetin adı bəlli oldu-Eksklüziv

22 Oktyabr 2013 12:00 (UTC+04:00)

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyyəçiləri üçün yeni məktəbəqədər təhsil  kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderin nəticələri bu gün açıqlanıb. Satınalmalar üzrə Dövlət Agentliyindən eksklüziv olaraq Movqe.az-a verilən xəbərə görə, Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihəsində Abşeron iqtisadi rayonunda məkəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlimin keçirilməsində Azərbaycan universiteti  MMC –nin qiymətləndirilmiş təklifi 110,958.00 AZN təşkil edib. Dağlıq Şirvan, Quba -Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlimin aparılması üçün keçirilmiş tenderdə də  Azərbaycan universiteti MMC qalib gəlib. Məsləhətçinin qiymətləndirilmiş təklifi 82,632.00 AZN-dir.  Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlimi də Azərbaycan universiteti MMC aparacaq. Bu təlimin aparılması üzrə qiymətləndirilmiş 118,510.50 AZN-dir.  Aran və Lənkaran iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlimin aparılmasına təklif təqdim etmiş üç müəssisənin arasından yenə Azərbaycan universiteti MMC seçilib.Onun 155,292.00 qiymətləndirilmiş təklifi bu tenderdə də qalib olub. Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrində kurikulum üzrə təlimlərin keçirilməsi üzrə keçirilən tenderlərdə "Mədəd Azərbaycan" MMC, "İdrak" məktəb-liseyi, "Smart SN Corporation" MMC, TGC MMC şirkətləri də iştirak edib. Amma təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderdə Azərbaycan universiteti MMC qalib olub.